Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib

Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib.

​ “Olimpiyadunyası.com” saytı xəbər verir ki, üç hissədən ibarət olan tədbirdə əvvəlcə 1/4 finalın püşkü atılıb. Burada 4 klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın 4 cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 görüşləri avqustun 12-15-də oynanılacaq.

Sonra yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

Çempionlar Liqası

1/4 final

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa) - “Yuventus” (İtaliya) cütünün qalibi

“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)

“Napoli” (İtaliya) - “Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə) - “Bavariya”(Almaniya) cütünün qalibi

“Atalanta” (İtaliya) - PSJ (Fransa)

Yarımfinal

1-ci cütün qalibi - 3-cü cütün qalibi

2-ci cütün qalibi - 4-cü cütün qalibi

Final

6-cı cütün qalibi - 5-ci cütün qalibi

Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də

keçiriləcək.

 
Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib Nyonda Çempionlar Liqasının püşkü atılıb - yenilənib