"Qarabağ"​​ Emil Balayevin​​ transferini açıqladı

"Qarabağ"​​ Emil Balayevin​​ transferini açıqladı

"Qarabağ" Azərbaycan millisinin qapıçısı Emil Balayevin​ transferini açıqlayıb.​​ Ağdam klubu "Zirə"dən ayrılan qapıçı ilə müqavilə imzalayıb. Müqavilənin müddəti açıqlanmayıb.​​ Emil Balayev 2016-2017 mövsümündə də "Qarabağ"ın üzvü olub. Lakin həmin dövrdə ehtiyat qapıçı olan Balayev rəsmi oyuna çıxmayıb.

Xatırladaq ki, "Qarabağ" Emildən əvvəl sabiq müdafiəçisi olmuş Donald Geryeni də transfer edib.