Pelleqrinin yeni klubu

Pelleqrinin yeni klubu

İspaniyanın "Real Betis" klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb. Manuel Pelleqrini Sevilya təmsilçisində baş məşqçi postuna gətirilib. 66 yaşlı mütəxəssis 2020/2021 mövsümündən komandanı çalışdıracaq. Pelleqrini ilə 2023-cü ilin iyununadək müqavilə bağlanıb.

Qeyd edək ki, Çilili baş məşqçi "Real Madrid" və "Mançester Siti" kimi klublarda işləyib.