Yeni baş məşqçinin​​ köməkçiləri də müəyyənləşdi

Yeni baş məşqçinin​​ köməkçiləri də müəyyənləşdi

Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasından sonra​​ Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.​​ AFFA təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalayacaq.​​ Artıq​​ millinin yeni baş məşqçisi Canni De Byazinin 2 köməkçisi​ də​ məlum olub.​​ Benni Karbone və Klaudio Beluççi də yığmanın məşqçilər korpusunda yer alacaq.​​ Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.