Kapitan​ mövsümü​​ erkən başa vurdu

Kapitan​ mövsümü​​ erkən başa vurdu

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson üçün cari mövsüm vaxtından əvvəl başa çatıb.

Bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, “Brayton”la matçda top uğrunda mübarizə zamanı dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.
Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.
Qeyd edək ki, C.Henderson cari mövsümdə keçirdiyi 40 matçda 4 qol vurub.