Zəka sahibimiz​​ onlayn turnirdə birinci​​ oldu

Zəka sahibimiz​​ onlayn turnirdə birinci​​ oldu

Şahmatın blits növü üzrə “Unity Chess Club”un təşkilatçılığı ilə keçirilən onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak ediblər.

"Lichess.org" platforması vasitəsilə keçirilən yarışda təmsilçimiz Gülnar Məmmədova uğurla çıxış edərək birinci yeri tutub. Digər qadın şahmatçımız Gövhər Beydullayeva 9-cu olub.
Ümumi nəticəyə əsasən, şahmatçılarımızdan Vüqar Rəsulov 5-ci, Məhəmməd Muradlı 14-cü yeri tutublar.
Turnirdə, ümumilikdə 700-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 83-ü qrossmeyster olub.