"Srvena Zvezda"nın futbolçuları koronavirusa yoluxdu

"Srvena Zvezda"nın futbolçuları koronavirusa yoluxdu

Serbiyanın "Srvena Zvezda" klubunun 6 futbolçusu koronavirusa yoluxub. Klubun rəsmi saytında yer alan xəbərə görə oyunçulardan götürülən analizlərin cavabı müsbət çıxıb.

İnfeksiya aşkarlanan futbolçular Srcan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Qobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.
Futbolçular​ karantinə alınıblar və 2 həftədən sonra komandaya qoşulacaqlar.