"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan dünyasını dəyişdi

"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan dünyasını dəyişdi

"Neftçi" futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə vəfat edib.​ Bu barədə klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov bildirib.​

"Virusun daha bir qurbanı..."Neftçi" də bir yerdə calışdığım İlqar Quluzadə rəhmətə getdi. Allah rəhmət eləsin, yaxınlarına səbr versin", - deyə o sosial şəbəkədə yazıb.​
Qeyd edək ki, İlqar Quluzadə 2008-ci ilin iyununadək "Neftçi"də icraçı direktor, 2009-cu ilin sentyabrınadək isə vitse-prezident vəzifələrində çalışıb.