Messidən növbəti rekord​

Messidən növbəti rekord​

“Barselona”nın kapitanı Lionel Messi La Liqada tarixi göstəriciyə imza atıb.​​ O, bir mövsümdə ən azı 20 qol vuran və ən azı 20 qolun ötürməsini edən ilk futbolçu kimi İspaniya çempionatının tarixinə düşüb.

Dünən “Valyadolid”ə qarşı 36-cı turun matçında (1:0) Arturo Vidalın vurduğu qolun ötürməsini də məhz Messi edib.
Ümumilikdə o, La Liqada hazırkı mövsümdə 22 qol vurub və 22 qolun ötürməsini edib.