Sabiq​​ niderlandlı​​ müdafiəçi​​ vəfat​​ etdi

Sabiq​​ niderlandlı​​ müdafiəçi​​ vəfat​​ etdi

“Ayaks"ın​​ və​​ Niderland​​ milli​​ komandasının​​ sabiq​​ müdafiəçisi​​ Vim​​ Surbir​ 75​​ yaşında​​ vəfat​​ edib.​​ Bu​​ barədə​​ klubun​​ rəsmi​​ saytında​​ məlumat​​ verilib.​​ Klub keçmiş müafiəçisinin ölümünə görə təəssüf hissi keçirdiyini bildirib.

Surbir 16 yanvar 1945-ci ildə Eyndhovendə anadan olub. "Ayaks"ın heyətində (1964-1977) 7 dəfə Hollandiya çempionluğunu, 4 dəfə Hollandiya Kubokunu, 3 dəfə Çempionlar Liqasını (Çempionlar Kuboku), 2 dəfə Avropa Super Kubokunu qazanan mərhum futbolçu bir dəfə klublararası dünya çempionluğuna sahib çıxıb. O, daha sonra Almaniyanın "Şalke 04", ABŞ-ın "Los Anceles Aztecs", Hollandiyanın "Sparta" klublarında oynayıb.​
Surbir Niderland millisinin heyətində 60 oyun keçirərək, 3 qol vurub. 1974 və 1978-ci illərdə Dünya çempionatının gümüş medallarını qazanan sabiq müdafiəçi 1976-cı ildə Avropa çempionatının bürünc medalına sahib çıxıb.