Keşlə Şamaxıya yollandı

Keşlə Şamaxıya yollandı

 ​Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" bu gündən təlim-məşq toplanışına başlayacaq. Paytaxt təmsilçisi bunun üçün Şamaxıya yollanıb. Karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə hazırlıq keçmək icazəsi verildiyindən, baş məşqçi Tərlan Əhmədov yetirmələrini Şamaxı Olimpiya İdman Kompleksində hazırlaşdıracaq. Komanda səfərə yollanmazdan əvvəl koronavirus testindən keçib. Nəticə hamıda neqativ çıxıb və rəhbərlik lazımi orqanlara bunu təqdim etdikdən sonra Şamaxıya gedib. Digər avrokubok iştirakçılarımız "Qarabağ", "Neftçi" və "Sumqayıt" isə təlim-məşq toplanışını Qəbələdə keçirməyi planlaşdırır.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları avqustun 27-də baş tutacaq.