“Kadiz”​​ 14 ildən sonra La Liqada

“Kadiz”​​ 14 ildən sonra La Liqada

İspaniya La Liqasına yüksələn ilk klub məlum olub. Sequndada 40 turdan sonra lider “Kadiz” ən pis halda 2-ci yeri özü üçün təmin edib.

Aktivində 69 xalı olan komanda sona iki tur qalmış çempionluğa da əsas namizəd sayılır. 2-ci pillədə qərarlaşan “Hueska”nın 64, 3-cü olan “Saraqosa”nın isə 62 xalı var.
Qeyd edək ki, “Kadiz” sonuncu dəfə 2005-2006 mövsümündə La Liqada çıxış edib.