AFFA alman məşqçi ilə müqaviləni artırmayıb

AFFA alman məşqçi ilə müqaviləni artırmayıb

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

AFFA-nın​ rəsmi saytında bildrilir​ ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.