"Şəhərlilər” baş məşqçiyə yeni müqavilə təklif edir

"Şəhərlilər” baş məşqçiyə yeni müqavilə təklif edir

İngiltərənin "Mançester Siti" klubu komandanın baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək.​

Klub rəhbərliyi 49 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamaq üçün​ İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından istifadə etmək niyyətindədir.​
Qeyd edək ki, CAS UEFA-nın "Mançester Siti"ni​ avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərarı ləğv edib.​ Xosep Qvardiola 2016-cı ilin yayından komandaya rəhbərlik edir. Onun sözləşməsi 2021-ci ilin yayına qədər qüvvədədir. Komanda ispaniyalı baş məşqçinin rəhbərliyi altında iki dəfə ölkə çempionatının, bir dəfə isə kubokunun qalibi olub.​