Hakim futbolçuya etrazını yumruqla bildirdi

Hakim futbolçuya etrazını yumruqla bildirdi

Rusiyanın “Saxalinets” (Moskva)​ və “Legion Dinamo” (Mahaçqala) futbol klubları arasında yoldaşlıq oyunu zamanı gözlənilməz hadisə baş verib. Belə ki, baş hakimin köməkçisi ​ və “Saxalinets” komandasının oyunçularından biri arasında münaqişə yaranıb və nəticədə hakim futbolçuya yumruq zərbəsi endirib. Baş verənlər azarkeşlər tərəfindən videoya çəkilib.

Həmçinin yan xətt hakiminin oyuna nəzarət etməsi əvəzinə telefondan istifadə etməsi də gözdən qaçmayıb.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə bitib.

Hakim futbolçuya etrazını yumruqla bildirdi