Futbolçu fəxri doktor adını qazandı

Futbolçu fəxri doktor adını qazandı

İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq.​

Klubun rəsmi saytında yer alan xəbərdə bildirilir ki, 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar​ və uşaqların yoxsulluğuna qarşı​ mübarizə aparması ilə əlaqədar​ bu ada layiq görüləcək.​
Reşford​ ailəsi ilə birlikdə​ buna görə qürur hissi keçirdiyini bildirib. O​ deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir.​
Qeyd edək ki,​ Markus Reşford 2015/2016 mövsümündə​ "Mançester Yunayted"in əsas komandasında debüt dedib. O, klubun heyətində 208 matça çıxıb və 66 qol vurub.