"Sevilya"dan "Milan"a birdəfəlik transfer

"Sevilya"dan "Milan"a birdəfəlik transfer

İtaliya​ "Milan"ı komandada​ icarə əsasında çıxış edən futbolçu Simon Kyaeri birdəfəlik transfer edib.​

"Olimpiyadunyası.com" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31​ yaşlı danimarkalı müdafiəçi İspaniya "Sevilya"sından kluba keçib. Onunla 2022-ci ilin yayınadək müqavilə bağlanılıb. ​
Qeyd edək ki,​ Simon Kyaer "Milan"a bu ilin yanvarında keçib. Danimarka millisinin üzvü​ cari mövsüm 13 matçda meydanda olub.