Bekhem Vidalı okeanın o tayına çağırır

Bekhem Vidalı okeanın o tayına çağırır

ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" klubu "Barselona"ya rəsmi təklif göndərib.

Belə ki,​ Amerika komandası Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Arturo Vidalı heyətinə qatmaq niyyətindədir.
Klubun sahibi sabiq futbolçu Devid Bekhem çilili oyunçunu ABŞ-a gətirmək istəyir.
Qeyd edək ki, Arturo Vidal cari mövsüm 40 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.