Qrossmeysterimiz​​ liderliyini​​ davam​​ etdirir

Qrossmeysterimiz​​ liderliyini​​ davam​​ etdirir

Azərbaycan​​ şahmatçısı Şəhriyar​​ Məmmədyarov​​ “Summer​​ of​​ Seattle”​​ onlayn​​ turnirində​​ uğurlu​​ çıxışını​​ davam​​ etdirir.​​ Dörd qrossmeysterin qatıldığı yarışın üçüncü turunda şahmatçımız amerikalı Ceffri Şonqu məğlub edərək, aktivinə daha bir xal yazdırıb.

Qeyd edək ki, təmsilçimiz ötən turda vyetnamlı Le Kyanq Liemi məğlub edib. Birinci turda isə rusiyalı Vladimir Fedoseyev ilə “sülh bağlayıb”.