İngiltərə klubunda koronavirusa yoluxma halı aşkarlandı

İngiltərə klubunda koronavirusa yoluxma halı aşkarlandı

Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb.​ Bu, ötən həftə aparılmış testlərin 13-cü mərhələsinin nəticəsi olaraq üzə çıxıb. Yoxlamadan komandaların oyunçu və əməkdaşları siyahısından 2071 nəfər keçib. Testlərdən birinin cavabı müsbət olub. Futbolçunun adı və klubu açıqlanmır.​

Qeyd edək ki, pandemiya üzündən dayandırılmış İngiltərə Premyer Liqası iyunda bərpa olunub.​​ Çempionatın qalibi adını vaxtından əvvəl "Liverpul" qazanıb.