"Portu" Portuqaliya çempionudur

"Portu" Portuqaliya çempionudur

Portuqaliya çempionatında 2019/2020 mövsümünün qalibi «Portu» klubu olub. Belə ki, komanda 32-ci turda doğma meydanda "Sportinq"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Portu" turnirin bitməsinə 2 həftə qalmış ən yaxın izləyicisi "Benfika" ilə xal fərqini 8-ə çatdıraraq 29-cu dəfə çempionluğu rəsmiləşdirib.