“Uikomb” 133 ildə ilk dəfə Çempionşipə yüksəlib

“Uikomb” 133 ildə ilk dəfə Çempionşipə yüksəlib

İngiltərənin “Uikomb” futbol klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq. Komanda İngiltərə birinci liqasının pley-off mərhələsinin finalında “Oksford Yunayted”i məğlub edərək (2:1), Çempionşipə vəsiqə qazanıb. “Uikomb” 133 illik klub tarixində ilk dəfə Çempionşipə yüksəlib.