"Yuventus" "Sassuolo" ilə bacarmadı

"Yuventus" "Sassuolo" ilə bacarmadı

İtaliya A Seriyasında 33-cü turun oyunları davam edir.

2-ci oyun günündə 7 görüş keçirilib. Lider "Yuventus" "Sassuolo" ilə səfər matçında xal itkisi ilə üzləşib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3. "Milan" evdə "Parma"dan üstün olub - 3:1. "Latsio" səfərdə "Udineze" ilə qarşılaşıb. Görüşdə qol olmayıb. "Roma" isə öz meydanında "Verona"nı məğlub edib - 2:1.

14 iyul

Atalanta - Breşiya - 6:2

15 iyul

İtaliya A Seriyası, 33-cü tur

Milan - Parma - 3:1
Qollar: Kurtiç, 44 (0:1), Kessie, 55 (1:1), Romanyoli, 59 (2:1), Çalhanoğlu, 77 (3:1)

Bolonya - Napoli - 1:1
Qollar: Manolas, 7 (0:1), Barrou, 80 (1:1)

Sampdoriya - Kalyari - 3:0
Qollar: Qabbiadini, 8. Bonatsoli, 41; 53.

Roma - Verona - 2:1
Qollar: Veretu, 10-pen.(1:0), Dzeko, 45+3 (2:0), Pessina, 47 (2:1)

Leççe - Fiorentina - 1:3
Qollar: Kyeza, 6 (0:1), Gezzal, 38 (0:2), Kutrone, 40 (0:3),​ Şaxov, 88 (1:3)

Sassuolo - Yuventus - 3:3
Qollar:​ Danilo, 5 (0:1), İquain, 12 (0:2) Dyuriçiç, 29 (1:2), Berardi, 51 (2:2), Kaputo, 54 (3:2), A.Sandro, 64 (3:3)

Udineze - Latsio - 0:0

16 iyul

21:30 Torino - Cenoa
23:45 SPAL - İnter

Bu nəticələrdən sonra "Yuventus" 77 xalla liderliyini qoruyur. "Atalanta" 70 xalla 2-ci, "Latsio" 69 xalla 3-cü, "İnter" 68 xalla 4-cü, "Roma" 57 xalla 5-ci, "Napoli" 53 xalla 6-cı, eyni xalı olan "Milan" 7-cidir.​

"Yuventus" "Sassuolo" ilə bacarmadı "Yuventus" "Sassuolo" ilə bacarmadı