İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.
ikinci yerin sahibi "Mançester Siti" autsayderlər zonasında qərarlaşan "Bornmut"u məğlub edib.
"Tottenhem" səfərdə "Nyukasl"dan üstün olub. Çempion "Liverpul" isə Londonda "Arsenal"la bacarmayıb. "Topçular" hesabda geri düşsə də, əzmkar qələbəyə seviniblər.
Turun qalan oyunları 16-17 iyulda keçiriləcək.
İngiltərə Premyer Liqası
XXXVI tur
15 iyul
Bernli - Vulverhempton - 1:1
Vud, 90+6 (pen.) - Raul Ximenes, 77
Mançester Siti - Bornmut - 2:1
David Silva, 6; Qabriel Jezus, 39 - Bruks, 88
Nyukasl - Tottenhem - 1:3
Riçi, 56 - Hin-Min Son, 27; Keyn, 60, 90
Arsenal - Liverpul - 2:1
Lakazett, 32; Nelson, 44 - Mane, 20