"Liverpul"un çempionluq kubokunu alacağı tarix müəyyənləşib.
"Qırmızılar" iyulun 22-də Premyer Liqa qalibi üçün verilən kuboka qovuşacaq.
Komanda həmin gün XXXVII tur çərçivəsində "Çelsi" ilə "Enfild Roud"da keçiriləcək qarşılaşmadan sonra mükafatını əldə edəcək. Təqdimat mərasimi boş tribunalar önündə olacaq.
Qeyd edək ki, "Liverpul" sona 7 tur qalmış 19-cu çempionluğunu qazanıb. Komanda 30 ildən sonra bu titula yiyələnib.