“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola İngiltərə çempionatında 150 oyun keçirib. İspaniyalı mütəxəssis bu 150 görüşdə 111 qələbə qazanaraq, İngiltərə Premyer Liqasında rekorda imza atıb. Bildirək ki, bu digər məşqçilərlə müqaisədə altı dəfə çoxdur. İkinci pillədə Joze Mourinyo (“Çelsi”, “Mançester Yunayted”, “Totenhem” 105 qələbə) yer alıb. Üçüncü yerdə isə Yurqen Klopp (“Liverpul”- 92 qələbə) qərarlaşıb.