La Liga: “Real” bu gün çempion ola biləcək?

La Liga: “Real” bu gün çempion ola biləcək?

Madrid "Real"ı bu gün La Liqada 2019/2020 mövsümünün qalibi ola bilər. ​ Belə ki, onlar bu gün 37-ci turda doğma meydanda "Vilyarreal"ı məğlub etdiyi təqdirdə xalını 86-a yüksəldəcək və ən yaxın izləyicisi "Barselona" ilə xal fərqini ən azı 4-də saxlayacaq. Bununla da komanda turnirin bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək. Həmin görüş bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Madrid təmsilçisinə son iki turda heç-heçə də çempionluğa kifayət edəcək. Çünki "Barselona" ilə​ xallar bərabər olacağı təqdirdə, Zinəddin Zidanın komandası şəxsi görüşlərinə hesabına (2:0, 0:0) yenə çempion olacaq. Qeyd edək ki, "Real" hazırda 83 xalla 1-ci, "Barselona" 79 xalla 2-ci, "Atletiko" 66 xalla 3-cüdür.