İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi komanda yoldaşlarını tənqid edib. 33 yaşlı hücumçu La Liqanın37-ci turunda dogma meydanda "Osasuna"ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərə açıqlama verib.
““Roma”, “Liverpul” kimi məğlubiyyətlərdən sonra bu pilləyə gəldik. İnsanların təbii olaraq səbri tükənir. Çünki biz onlara heç nə verə bilmədik. Klubdakı şəxslər bu mövsüm kuboka ac oldular. Mövsümü belə bitirmək istəməzdik. Amma mövsüm ərzində itirilən xallar hadisələrin bu cür olmasına işarə edirdi. Biz özümüzü həm oyunçular olaraq, həm də daha geniş mənada tənqid etməyi bacarmalıyıq. Komanda çox səliqəsiz, çox zəif idi və onlar bizi daha dəqiq oyunla, daha çox qol fürsəti yaratmaqla məğlub etdilər. Nəticə olaraq biz itirməli olmayacağımız xeyli xallar itirdik. “Real Madrid” isə əksinə öz işini yaxşı gördü və fasilədən sonra məğlubiyyət yaşamadılar. Eyni zamanda sanki biz də onlara kömək etmiş olduq. Əgər biz bu mövsüm UEFA Çempionlar Liqasında çempion olmaq istəyiriksə, bir çox şeyləri düzəltməliyik. Əgər bir çox şeyi düzəltməsək, hətta “Napoli” səddində də ilişə bilərik. Bir qədər fasiləyə ehtiyacımız var və dayanıb, özümüzü toparlamalıyıq”, - deyə Messi bildirib.