“Real Madrid”in prezidenti qələbə barədə danışıb

“Real Madrid”in prezidenti qələbə barədə danışıb

“Real Madrid” klubunun prezidenti Florentino Peres komandanı İspaniya çempionatında qələbə münasibəti ilə təbrik edib. “Biz La Liqanın çempionu olmaq istəyirdik və buna da nail olduq. Hər şey yaxşı keçdi. Komandanın gücü və birliyi ilk gündən etibarən məlum idi. Oyunçular da bunu bacardılar. Bu qalibiyyət əbədi olaraq “Real”ın tarixinə  daxil olacaq. Biz 34-cü qələbəmizi qazandıq. Bu çempionluq çox fərqli və xüsusidir. Ona görə ki, çox çətin bir dövrdə qazanılıb. Futbolçular arasında mövcud olan birlik, ruh yüksəkliyi və məsuliyyət üçün qürur duyuram. Məşqləri bərpa etdikdən sonra onlar çox yaxşı məşq etdilər və qələbəni qazanmağı qarşılarına məqsəd qoydular.  Həmçinin karantin dövrünün qurbanına çevrilən və hazırda yanımızda olmayan insanları yad etmək istəyirik. Onlar hər zaman bizim yaddaşımızda qalacaqlar. Pandemiya hər birimizə çox əziyyətlər yaşatdı”, - deyə F.Peres deyib.