Futbolçunun cəzası azaldılıb

Futbolçunun cəzası azaldılıb

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “Latsio” klubunun müdafiəçisi Patrisio Qabarronanın dörd oyunluq diskvalifikasiyası ilə bağlı müraciətini yenidən müzakirə edib. Nəticə olaraq, futbolçunun cəza müddəti üç oyuna endirilib. Qeyd edək ki, P.Qabarron A seriyasının oyunu zamanı “Leççe” futbolçusu Culio Donatini dişlədiyi üçün dörd oyunluq diskvalifikasiya edilmişdi. O, həmçinin 10 min avro məbləğində cərimə edilsə də, apelyasiya verildikdən sonra bu məbləğ 20 min avroya yüksəlib.
Beləliklə, futbolçuya İtaliya çempionatının 35-ci turunda “Kalyari” ilə oyununda iştirak etmək imkanı verilib.