16 ildən sonra​ qayıdış

16 ildən sonra​ qayıdış

"Lids Yunayted" növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparacaq.​ Çempionşipdə lider olan komandanın ən yaxın izləyicisi "Vest Bromviç" səfərdə "Haddersfild"ə 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra 87 xalı olan Marselo Byelsanın komandasının turnirin bitməsinə iki tur qalmış liqanı ilk iki pillədə tamamlayacağı dəqiqləşib.​​ Beləliklə,​ ​ "Lids Yunayted" 16 ildən sonra yenidən elitada oynayacaq. Klub son olaraq 2003/2004 mövsümündə Premyer Liqada iştirak edib.​​ "Lids Yunayted" bazar günü səfərdə "Derbi Kaunti" ilə oyuna çempionluğu rəsmiləşdirmək üçün çıxacaq.