“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş klubla bağlı firkirlərini bildirib. Braziliyalı futbolçu komandanın uğursuzluğunu futbolçular arasında əlaqənin olmamasında görür. “Əminliklə deyə bilərəm ki, hazırda Messiyə onu müşaiyət edəcək komanda yoldaşı lazımdır. Mən özümə güvənirəm və hər zaman deyirəm ki, mənim kimi oyunçu tapmaq çox çətindir. Hə, siz məndən yaxşı və ya pis oyunçu tapa bilərsiniz, amma mənim kimisini tapmayacaqsınız. Messi məğlub olmağa nifrət edir. Hər dəfə qələbə qazanmaq istəyir. İndi o, klubun adını təkbaşına daşıyır. Leo klubu yaxşı tanıyır və qələbələr, titullar üçün ona nəyin lazım olduğunu çox yaxşı bilir. Fikrimcə, Messi ona çempionluq yolunda kömək edə biləcək yaxşı oyunçuların əhatəsində olmalıdır. Əvvəl Messi yeməyin özü idi. Biz isə onun ətrafında olan ideal indiqriyentlər idik. Bu, bizə bir komanda olmaq yolunda kömək edirdi. “Barselona” komanda olaraq fərdi ustalığını və onu digər klublardan fərqləndirən xüsusiyyətini itirib. Əvvəlki illərdə oyunçular arasında anlaşma var idi və bu, bizim işimizi asanlaşdırırdı. İndi isə bu əlaqənin pozulması komandada çatışmazlıqlar yaradır”, - deyə sambaçı bildirib.
“Mənim kimi oyunçu tapmaq çox çətindir”
