İker Kasiliyas “kral klubu”na qayıdır

İker Kasiliyas “kral klubu”na qayıdır

“Real Madrid” klubunun və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas keçmiş​ klubuna qayıdacaq. O, “kral klubu”nun prezidenti Florentino Peresin müşaviri vəzifəsini icra edəcək. Hazırda İ.Kasilyas “Porto” komandasının oyunçusudur.​ Lakin carı mövsümün başa çatmasından sonra qapıçının karyerasını bitirəcəyi​ gözlənilir. Bir müddət əvvəl İker Kasilyas​ İspaniya Futbol Kral Federasiyasının prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirsə də, sonra bu fikrini dəyişib.

Qeyd edək ki, 39 yaşlı qapıçı “Real Madrid”in heyətində beşqat İspaniya çempionu, ikiqat İspaniya Kuboku sahibi, dördqat İspaniyanın Superkuboku sahibi,​ üçqat Çempionlar Liqasının qalibi, ikiqat UEFA Superkubokununun sahibi və Klublararası​ dünya çempionatını qazanıb.