“Səbail”dən ayrılan Maykl Essyen Azərbaycanla vidalaşıb. 37 yaşlı ulduz futbolçu İnstaqram səhifəsində paylaşım edib. Qanalı yarımmüdafiəçi Ermənistan – Azərbaycan sərhədində baş verənlərlə bağlı yenidən ölkəmizə dəstəyini göstərib və burada oynamağın onun üçün xoş olduğunu bildirib: "Güclü və təhlükəsiz olun. Yenidən görüşənədək".
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi.