“Mançester Yunayted”in keçmiş hücumçusu​​ dünyasını dəyişdi

“Mançester Yunayted”in keçmiş hücumçusu​​ dünyasını dəyişdi

“Mançester Yunayted”in sabiq hücumçusu Aleks Douson 80 yaşında dünyasını dəyişib. Bu barədə ingilis klubunun mətbuat xidməti xəbər verib. “Biz komandanın keçmiş hücumçusu Aleks Dousonun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Təəssüf ki, onu 80 yaşında itirdik. Klubumuzda onu hər zaman məhəbbətlə xatırlayacağıq”, - deyə məlumatda bildirilir. İkiqat İngiltərə çempionu “Mançester Yunayted” in heyətində 93 oyunda 54 qol vurub.

Xatırladaq ki, Aleksa Douson, 1958-ci il fevralın 6-da Münxendə “Mançester Yunayted”in futbolçuları və məşqçiləri həlak olduğu təyyarə qəzası zamanı təyyarədə olmayıb. Bu faciədən sonra şotlandiyalı futbolçu komandanın dirçəlişində əsas fiqurlardan birinə çevrilib.