Şahmatçımız beynəlxalq festivalda iştirak edəcək

Şahmatçımız beynəlxalq festivalda iştirak edəcək

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək.

Səkkiz qrossmeysterin qatılacağı klassik şahmat və blits üzrə yarışlarda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.
Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq. Festival koronavirus pandemiyası dövründə onlayn formatda keçirilməyən ilk turnirlərdən biri olacaq.