İtaliya A Seriyasında 34-cü turunun növbəti oyunu keçirilib. “Milan” klubu doğma meydanında (“San Siro”da) “Bolonya” komandasını qəbul edib.
Son oyunlarda üstün oyun nümayiş etdirən “Milan” bu görüşdə rəqibini böyük hesabla məğlub edib - 5:1.
“Rossoneri”nin heyətində Aleks Salemakers, Hakan Çalhanoğlu, Ante Rebiç, İsmael Bennaser və Davide Salabriya fərqləniblər. “Bolonya”nın yeganə qoluna isə Takehiro Tomiyasu imza atıb.
Bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Bolonya” isə 43 xalla 10-cu yerdə qərarlaşıb.
“Milan” növbəti turda səfərdə “Sassuolo”nun, “Bolonya” isə “Atalanta”nın qonağı olacaq.