Messi növbəti tarixi rekorda doğru

Messi növbəti tarixi rekorda doğru

“Barselona”nın hücumçusu Lionel Messi bu gün İspaniya La Liqasında tarixi rekorda imza ata bilər.​​ O, bu gün yeddinci dəfə İspaniya çempionatının bombardiri olmağa çox yaxındır. Messi indiyədək altı dəfə (2010, 2012, 2013, 2017, 2018, 2019-cu​​ illər) bombardirə verilən “Piçiçi” mükafatının sahibi olub.

Bu nəticəyə görə argentinalıya şərik olan yalnız Telmo Zarradır (1945, 1946, 1947, 1950, 1951, 1953).
Beləliklə, bu gün argentinalı artıq 7-ci dəfə İspaniya çempionatının bombardiri adını qazanmış ilk futbolçu kimi tarixə düşə bilər.
​​ Bu mövsüm Messi La Liqada 23 qol vurub. Onun ən yaxın izləyicisi, “Real”ın hücumçusu Kərim Benzemanın ehtyatında 21 qol var.
Bu gün İspaniya çempionatının sonuncu – 38-ci turunda “Barselona” “Alaves”lə, “Real” isə “Leqanes”lə qarşılaşacaq.