"Qarabağ"ın yeni kapitanı

"Qarabağ"ın yeni kapitanı

2019/2020​​ mövsümündə​​ Azərbaycan​​ Premyer​​ Liqasının​​ qalibi​​ olan​​ "Qarabağ"​​ komandasının​​ yeni​​ kapitanı​​ müəyyənləşib.​ Azərbaycan millisinin futbolçusu​​ Maksim Medvedev​ Ağdam təmsilçisinin kapitanı olub.​

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə​ həvalə edilib.​
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7​ dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.​