“Sabah” Qəbələyə yollandı

“Sabah” Qəbələyə yollandı

Futbol üzrə​ Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.​ "Sabah" hazırda Qəbələdədir. Paytaxt təmsilçisinin yeni baş məşqçisi​​ Visente Qomes​ iyunun 21-də Azərbaycanda olacaq və komandaya qoşulacaq.​

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar da Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.
"Qəbələ" komandası isə iyulun 20-də doğma meydanda hazırlığa start verəcək.​