Millimizin üzvü üçüncü yerlə​ kifayətləndi

Millimizin üzvü üçüncü yerlə​ kifayətləndi

“Unity Chess Club”un təşkilatçılığı ilə​ keçirilən blits üzrə​ onlayn turnirdə​ Azərbaycan şahmatçıları da iştirak ediblər. “Lichess.org” platforması vasitəsilə​ keçirilən yarışda təmsilçimiz Gülnar Məmmədova qadınlar arasında üçüncü yeri tutub. Ümumi nəticədə​ isə​ şahmatçılarımız ilk onluğa düşə​ bilməyiblər. Turnirin qalibi Hindistan təmsilçisi, qrossmeyster Raunak Sadvani olub.