İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival start götürüb.
İyulun 19-da səkkiz qrossmeysterin iştirakı ilə keçirilən rapid yarışında Azərbaycan şahmatçısı Arkadi Naydiç 2,5 xalla beşinci olub.
Turnirin qalibi 6 xalla polşalı Radoslav Voytaşekdir.
Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq.