Messidən növbəti rekord​

Messidən növbəti rekord​

"Barselona"nın və​ Argentina futbol yığmasının hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə​ İspaniya çempionatının​ ən yaxşı bombardiri olub.

Messi 33 matçda 25 qol vuraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və​ "Vilyarreal"ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.
Daha​ əvvəl Messi mövsümün nəticəsinə​ görə​ İspaniya çempionatının​ ən yaxşı bombardirinə​ verilən mükafatı qazanıb.
33 yaşlı argentinalı “Barselona”nın yetirməsidir. Forvard cari mövsümdə​ bütün turnirlədrə​ 42 matçda iştirak edərək 30 qol vurub və​ 26 məhsuldar ötürmə​ edib.