Super Liqada ilk dəfə​ - çempion "Başakşəhər"

Super Liqada ilk dəfə​ - çempion "Başakşəhər"

Türkiyə​ Super Liqasında XXXIII tura yekun vurulub. sona bir tur qalmış çempion müəyyənləşib. "Kayserispor" üzərində​ qələbə​ qazanan "Başakşəhər"​ ən yaxın izləyicisi üçün​ əlçatmaz olub. Bununla 2016/17 və​ 2018/19 mövsümlərində​ ikinci yeri tutan İstanbul təmsilçisi tarixində​ ilk çempionluğunu qazanıb. "Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və​ "Bursaspor"dan (1) sonra Türkiyədə​ qızıl medalları qazanan 6-cı klub olub. "Konyaspor"a uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə​ atıb. "Sivasspor"la "Beşiktaş" isə​ öz meydanında qələbə​ qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində​ "Fənərbaxça"nı məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə​ də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək. Öz meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə​ Super Liqanı tərk edən ilk klub olub.

Türkiyə​ Super Liqası

XXXIII tur

19 iyul
Alanyaspor - "Dənizlispor - 1:0
Bulut, 90+5
Ankaragücü - Antalyaspor - 0:1
Yahoviç, 90+2
Başakşəhər - Kayserispor - 1:0
Mahmud Təkdəmir, 19
Beşiktaş - Fənərbaxça - 2:0
Vida, 63; Gökhan Gönül, 70
Rizəspor - Yeni Malatyaspor - 3:0
Skoda, 29, 35 (pen.); Boldrin, 31
Sivasspor - Gənclərbirliyi - 2:0
Kone, 29 (pen.); Yatabare, 66
Trabzonspor - Konyaspor - 3:4
Sorlot, 12, 56; Novak, 61 - Bajiç, 42; Şengelia, 81; Skubiç, 88; Türam, 90+2