Millimiz​​ ev​​ oyununu​​ Sumqayıtda​​ keçirəcək

Millimiz​​ ev​​ oyununu​​ Sumqayıtda​​ keçirəcək

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib.​​ Matç Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək. Qarşılaşma sentyabrın 7-də saat 21:00-da başlayacaq.