“Sabah”ın ispaniyalı məşqçisi artıq ölkəmizdədir

“Sabah”ın ispaniyalı məşqçisi artıq ölkəmizdədir

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" komandasının yeni baş məşqçisi Azərbaycana gəlib.​ Klubun Mətbuat xidmətindən verilən məlumata görə, 48 yaşlı mütəxəssis artıq Bakıdadır.​ İspaniyalı baş məşqçi gün ərzində​ komandanın təlim-məşq toplanışı keçdiyi Qəbələyə yollanacaq.​

Qeyd edək ki, Visente Qomes mövsümün sonunda istefaya göndərilən Jelko Sopiçi əvəzləyib.​​ Onunla 2 illik müqavilə imzalanıb.​