“Biz demək olar ki, məqsədimizə çatmışıq"

“Biz demək olar ki, məqsədimizə çatmışıq"

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo İtaliya çempionatının 34-cü turunda “Latsio” üzərində 2:1 hesablı qələbəsini şərh edib. Futbolçu bu oyunda dubl edib. “Çox vacib qələbədir! Biz demək olar ki, məqsədimizə çatmışıq. İrəli”, - deyə portuqaliyalı Twitter hesabında yazıb.

Qeyd edək ki, K.Ronaldo A seriyası çərçivəsində tarixdə hər kəsdən tez hesabındakı qol sayını 50-ə çatdırıb. Bunun üçün ona 61 oyun kifayət edib. O, həmçinin İngiltərə, İtaliya və İspaniya çempionatlarında ən azı 50 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Bundan əlavə, Kriştianu Ronaldo 1952-ci ildən “Qoca sinyora”nın tarixində mövsüm ərzində 30 qol vuran ilk oyunçusu olub.