"Milan" rəhbərliyi baş məşqçiyə inanır

"Milan" rəhbərliyi baş məşqçiyə inanır

"Milan"​ baş məşqçisi Stefano Pioli ilə müqaviləninin müddətini artırıb. Klubun rəsmi saytında xəbər verilir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni razılaşması 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib. Onun komandası A Seriyasının bitməsinə 3 tur qalmış 59 xalla 5-ci sıradadır. Bu yer Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə verir.