Rusiya Premyer Liqasında 2020/21 mövsümündə komanda sayı artırılmayacaq. Növbəti mövsüm də çempionatda 16 komanda iştirak edəcək. Ruslar bir müddət əvvəl komanda sayının 18-ə yüksəldilməsini müzakirəyə çıxarsalar da, bu baş verməyəcək. Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ heç müzakirə mövzusu da olmayacaq.
Qeyd edək ki, Rusiya Premyer Liqasında sona 1 tur qalmış "Zenit" çempionluğu, "Lokomotiv" isə gümüş mükafatı təmin edib.