A seriyanı tərk edəcək klublar müəyyənləşdi ​

A seriyanı tərk edəcək klublar müəyyənləşdi ​

İtaliya A seriyasında 35-citurun oyunları keçirilir. Ötən gün çempionatda daha 6 oyun təşkil olunub. "Napoli" ortabab "Parma" önündə aciz qalıb. "Roma" səfərdə çempionatın sonuncusu "Spal"ı darmadağın edib. "Fiorentina"nı qəbul edən "İnter" qolsuz bərabərliklə kifayətlənib və turnir cədvəlində bir gün öncə əldən verdiyi ikinci pilləni qaytara bilməyib.​ "Leççe"yə məğlub olan "Breşiya" isə "Spal"dan sonra elitanı tərk edəcək ikinci komanda olub.

Tura bu gün keçiriləcək "Udineze" - "Yuventus" (21:30) və "Latsio" - "Kalyari" (23:45) oyunları ilə yekun vurulacaq.

İtaliya A seriyası
XXXV tur
22 iyul
Parma - Napoli - 2:1
Kaprari, 45+3 (pen.); Kulişevski, 87 - İnsinye, j
Zaza, 67 - Borini, 56 (pen.)